Şənbə , May 11 2024
azfa

Azərbaycanlı öyrənci və qadın hüquqları fəalı Röya Səğiri azadlıqda

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Səhənd Universitetinin öyrəncisi olan olan və məcburi hicaba etiraz üçün həbs edilən azərbaycanlı öyrənci fəalı Röya Səğiri 3 ay həbsdən sonra rejimin Təbrizdə yerləşən mərkəzi zindanından azadlığa buraxılıb.  

Avqustun 25-də həbs edilən azərbaycanlı öyrənci  və qadın hüquqları fəalı Röya Səğiri 2018-ci il noyabrın 28-də rejimin Ali Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Azərbaycanlı fəal şərlənərək “sistemin əleyhinə təbliğat aparmaq” və “sistemin əsaslarını aşağılamaq” ittiham ilə 23 ay həbs cəzasına məhkum edilmişdir.

Fəal rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay və “rəhbəri təhqir etmək” ittihamı ilə 18 ay həbs cəzasına məhkum edilib, məhkəmənin bu qərarı sonralar Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi təsdiqlənmişdir.

Həmçinin yoxlayın

İlham Əliyevdən Ermənistana silah ixracı ilə bağlı Fransaya sərt xəbərdarlıq etdi

GADTB: Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik …

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …

Bir cavab yazın