Cümə , Aprel 26 2024
azfa

Bir neçə azərbaycanlı fəal uzun müddətdi mühakiməsiz həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı bir neçə azərbaycanın milli-mədəni fəal 10 aya yaxındır mühakimə edilmədən rejimin Marağada yerləşən zindanında saxlanılır.

Bu barədə azərbaycanlı milli-mədəni fəal və yazıçı İbrahim Savalan da özünün Teleqram səhifəsində məlumat yayıb.

Rejimin yaxaladığı həmin fəallar Məhərrəm Xoşnam, Əkbər Əzizi, Həkimə Əhmədi, Qulamrza Rəşidi, Məhəmmədrza Qurbani və Əbülfəz Fəkuridən ibarətdir. Həmin fəallar hazırda mühakiməsiz rejimin Marağada yerləşən zindanında saxlanırlar.

Qeyd edək ki, irqçi fars rejimin Binabda yerləşən məhkəməsi adı çəkilən mədəni fəalları Novruz bayramında türkçə təqvim paylamaq və Teleqramda Milli təhlükəsizliyi pozmaq niyyəti ilə qrup yaratmaqda ittiham edib. Fəalların həbs müddəti boyunca ailələri əlaqə yaratmasının qarşısı alınıb. Həkimə Əhmədinin 10 aydır oğlu İlqar və anası ilə görüşməsinə imkan verilmir. Yalnız qardaşı ilə 2 dəfə görüşü olub.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın