Cümə , Aprel 26 2024
azfa

Bu gün 15 sentyabr Bakının Qurtuluş günüdür

GADTB: Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri-qədim Bakımızın təkrar Azərbayacana qovuşduğu gündür.

1918-ci ilin əvvəllərində Azərbaycan torpaqlarının da daxil olduğu Rusiya imperiyasının mərkəzi şəhərlərində ciddi siyasi kataklizmlər başlanmışdı. Fevral ayında çar mütləqiyyəti devrildi. Lakin hakimiyyəti xalq kütlələrinin deyil, burjuaziyanın əlinə keçdi. Öncə hakimiyyət knyaz Lvov, az sonra eser Kerenski rəhbərlik etdi. Lakin bundan bolşeviklər ölkəboyu siyasi gərginliyi davam etdirirdilər. Hökumət mərkəzləşdirilmiş iqtidar və orduda vahid komandanlıq yarada bilmirdi. Bütün imperiya boyu xalqların milli azadlıq mübarizəsi başlanmışdı. Siyasi kataklizmlər Qafqazdan da yan keçmədi. Qafqazı türk müsəlman əhalisinin heç bir muxtariyyatı yox idi. Onlar imperiya tərkibində yaradılmış Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyasının tərkibində yaşayırdılar. 1918-ci ilin aprel-mart aylarında Bakını Azərbaycandan qoparmaq istəyən rus-erməni biləşmələri bölgədə qırğın törətdilər. Soyqırımı və məcburi köçürmədən sonra Bakıda türk müsəlman əhalisinin sayı azaldı, şəhər erməni-rus ittifaqı olan Bakı Sovetinin əlinə keçdi. Neftlə zəngin Abşeron torpaqlarının, Bakı şəhərinin ələ keçirilməsi, “aqrar Azərbaycandan” alınması rus şovinistlərinin köhnə planı idi. Onlar bu planı xain ermənilərin əli ilə gerçəkləşdirməyə çalışırdı. Belə bir fürsət 1918-ci ildə ələ düşmüşdü. Lakin Azərbaycanın milli qüvvələri bu bədnam plana razı deyildi. 1918-ci ilin mayın 18-də Tiflisdə böyük Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə Şərqdə ilk müstəqil demokratik dövlət yaradılmış-Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdi. Milli hökumət iyun ayında Gəncəyə köçdü. Qarşıya qoyulan ilk məqsəd Bakının rus-erməni birləşmələrindən azad etmək və paytaxtı ora köçürmək idi.

Lakin mlii hökumətin hərbi günü yetərincə deyildi.

Tarixin bu çətin dönəmində yenə yardıma qardaş Osmanlı Türkiyəsi gəldi. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradımış Qafqaz İslam Ordusu Azərbaycan xalqının imdadına yetişdi. Cümhuriyyət hökuməti ilə Osmanlı dövləti arasında imzalanmış sazişə uyğun olaraq Nuru Paşanın rəhbərlik etdyi Qafqaz İslam ordusu Azəraycanın ərazi bütövlüyünün təmin edilməsində AXC hökumətinə yardım etdi. 12-14 minlik Qafqaz İslam ordusu Azərbaycan və Dağıstan müsəlmanlarının qoşulması ilə 20 minlik şəxsi heyətə malik olmuşdu. Uğurlu yaz-yay əməliyyatlarından sonra ordu və Azərbaycanın milli qüvvələri Bakı civarına yetişdi. Həlledici döyüşdə rus-erməni birləşmələrinə qalib gələn Qafqaz İslam Ordusu Bakını xilas etdi. Xilaskar ordu sentyabrın  15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil oldu. Şəhər erməni-bolşevik işğalından azad edildi. Bununla da  həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu.

Bu möhtəşəm  qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.

O zaman türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olmuşdu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etmişdi.

Qafqaz İslam Ordusunun zəfər yürüşü zamanı itkilər də oldu. İslam ordusu  Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid vermişdi.

Azərbaycan xalqı dar gündə köməyə yetişmiş türk hərbçilərini hər zaman sayğı ilə yad edir. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.

Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumu: Pompeo İranı günahlandırdı

Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo İranı Səudiyyə Ərəbistanının Bəqiq neft emalı zavodları kompleksinə və Həqəl Xəris neft yatağına pilotsuz təyyarələr vasitəsilə hücumlar təşkil etməkdə günahlandıraraq, hücumların Yəməndən edildiyinə dair heç bir əlamətin olmadığını deyib. Hücumların Səudiyyə Ərəbistanının neft istehsalını dayandırdığı bildirilib.

Bu gün səhər Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi, bu ölkədə Aramko neft şirkətinə məxsus Bəqiq neft emalı zavodları kompleksinə və Həqəl Xəris neft yatağına pilotsuz təyyarələr vasitəsilə hücum etdiyini bildirib.

Səudiyyə Ərəbistanı neft emalı zavodunda yanğının söndürüldüyünü iddia edir, lakin hücumun səbəbkarları haqqında məlumat verməyib.

Lakin ABŞ dövlət katibi Mayk Pompeo 14 sentyabr şənbə günü axşam Twitterdə İranı ittiham edərək yazıb: “Ruhani və Zərif diplomatiya yürütdükləri iddiası ilə çıxış edərkən, Səudiyyə Ərəbistanına edilən hücumun yüzə yaxın arxasında İran durur. Və indi gərginliyin azaldılması istiqamətində görülən səylərlə eyni vaxtda, dünyanın enerji təchizatı yataqlarına misli görünməmiş hücumlar baş verib. Hücumların Yəməndən baş verdiyinə dair heç bir əlamət yoxdur”.

ABŞ dövlət katibi davam edib: “Biz bütün xalqları yekdilliklə İranın davranışını pisləməyə çağırırıq. Eyni zamanda ABŞ müttəfiqlərinin köməyi ilə dünyanın enerji təchizatına xələl gəlməməsinə və İranı təcavüzkarlığına görə cavabdehlik daşımağa vadar etməyə çalışacaq”.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın