Şənbə , May 11 2024
azfa

Ermənistan Livan ermənilərini qanunsuz şəkildə Azərbaycan ərazilərinə köçürməkdə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistan Livan ermənilərini qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərinə köçürməkdə davam edir.

Artıq Beyrutdan daha yüz erməni Qarabağa köçürülməsi üçün Ermənistana gəlib. Avqustun 19-da, Beyrutdan daha 100 erməni Ermənistana gəldi.

Bu xəbəri özünün Facebook səhifəsində elan edən Ermənistanın Diasporla İş üzrə Ali Komissarlığı Aparatının İmmiqrasiya İdarəsinin rəhbəri Yohannes Aleksanyan yazıb: “Bu gün yüz livanlı erməni vətənə qayıtdı.”

O əlavə edib: “Suriyadan və Birləşmiş Ərəb Əmirliklərindən bir sıra ermənilər də bu uçuşa çıxdı.”

Livan ermənilərinin köçürülməsi və Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində məskunlaşması və bu mühacirlərin insan qalxanları kimi istifadə edilməsi ermənilərin əsas məqsədlərindən biridir . bu qanunsuzluğa isə dünya ictimaiyyəti susur.

Həmçinin yoxlayın

İlham Əliyevdən Ermənistana silah ixracı ilə bağlı Fransaya sərt xəbərdarlıq etdi

GADTB: Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik …

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …

Bir cavab yazın