Cümə , Aprel 26 2024
azfa

Ermənistanın Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Sidneydə anılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan ordusunun Gəncəyə raket hücumu nəticəsində həlak olan mülki şəxslərin xatirəsi Avstraliyanın Sidney şəhərində yaşayan Azərbaycan və türk icması tərəfindən anılıb.

Sidneydə yerləşən “Türk evi”nin qarşısında Güney Azərbaycan Demokratik Türk Birliyi və Avstraliya Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilən mərasimdə Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərə raket hücumları və bunun nəticəsində mülki şəxslərin həlak olması qəti şəkildə pislənib.

Mərasimə Azərbaycan və Avstraliya bayraqları ilə qatılan iştirakçılar Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla günahsız mülki insanların yuxuda olarkən öldürüldüklərini xatırladaraq bu müharibə cinayətinin təşkilatçılarının beynəlxalq məhkəmə qarşısında məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Gəncədə həyatını itirənlər üçün “Türk evi”nin qarşısındakı guşəyə çələnglər və güllər qoyan tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyaraq Azərbaycan Ordusunun işğal altında olan torpaqları tezliklə azad etməsini diləyiblər.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın