Cümə axşamı , Mart 28 2024
azfa

Kaliforniya və Yutada erməni terroruna etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerikanın bir neçə ştatında yaşayan azərbaycanlılar Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində yerli şəxslərin və günahsız körpələrin dünyasını dəyişməsinə, yaşayış evləri və yerli məkanların dağıdılmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya Kaliforniya əyalətinin San Fransisko şəhərindəki Embarcadro ticari binanın qarşısında baş tutub. Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, aksiya iştirakçıları cəbhə məntəqəsindən uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutan Ermənistanın faşist siyasətini pisləyiblər. Habelə beynəlxalq ictimaiyyətin diqqətini özəlliklə uşaqların öldürülməsinə cəlb etməyə çalışıblar.

Soydaşlarımız Gəncə terrorunun qurbanı olan günahsız uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir boyu Amerikada yaşayan azərbaycanlıların tikdiyi 27 metr uzunluğunda Azərbaycan bayrağı dalğalandırılıb.

Quzey və Güney Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyada yüzlərlə soydaşımız, eləcə də Amerikadakı türk toplumunun nümayəndələri iştirak edib.

Azərbaycan, Türkiyə və Amerika bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın Dövlət marşı, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Erməni işğalına son!” kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib.

Həmçinin ABŞ-ın Yuta Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Salt Lake şəhərində Ermənistanın işğalçı və təcavüzkar siyasətinə etiraz olaraq avtoyürüş və Qarabağa dəstək aksiyası təşkil edilib.

Avtoyürüşdən sonra Yutanın Kapitol binası qarşısında keçirilən tədbirdə azərbaycanlılarla yanaşı, türk, iraq, ərəb, özbək icmasının nümayəndələri iştirak edib. Tədbirdə aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni yalanlarına son qoyun!, “Gəncə üçün ədalət!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Biz terrora yox deyirik” kimi şüarlar səsləndiriblər.

Tədbirdə çıxış edən Yuta Dövlət Universitetinin professoru Chuck Tripp işğal altında olan torpaqlarının azad edilməsi uğrunda Azərbaycanın apardığı haqlı mübarizəsində dəstəklədiyini bildirib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın