Cümə , Aprel 26 2024
azfa

Fəallar Tövhid Əmir Əmini haştagi ilə ana dili uğrunda həbs edilənlərə azadlıq tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Twitterdə istifadəçiləri rejimin ana dilində təhsil tələb etdiklərinə görə həbs etdiyi Tövhid Əmir Əmini və başqa azərbaycanlı fəallara azadlıq tələb ediblər.

Yüzlərlə azərbaycanlı fəal və qeyri-fars millətlərin nümayəndələri iyulun 31-dən Əmir Əmininin və ana dilində məktəb tələb etdikləri üçün həbs edilən Kiyanuş Aslani, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Manaflı və Ana dili həştəqlərindən istifadə edərək, onlara azadlıq tələb ediblər.

Mehdi adlı istifadəçi statusunda yazıb: “Millətlər ana dillərində düşünürlər. Bir dilin hakimiyyət tərəfindən yox sayılamsı o dildə danışan millətin təfəkkürünü və həyat tərzini yox saymaqdan başqa bir şey deyil. Tövhid Əmir Əmini də bunu söyləyirdi. Onu azad edin”.

Sevin adlı başqa bir istifadəçi isə yazır: “Tövhid Əmir Əmini sənin və mənim ana dilimizdə olan hər hansı bir yazının sərbəstcə oxuya bilməmizi istəyirdi”.

Qeyd edək ki, Ərdəbil vilayətinin Ünqüt şəhərinin sakini olan Tohid Əmir Əmini, 2019-cu ilin fevral ayında Beynəlxalq Ana Dili Günü manasibətilə yaydığı yazılı vərəqələrə rejim azərbaycanlı fəalı şərləyib və 7 il yarım həbsə məhkum edib.

İrqçi fars rejim heç bir günahı olmayan azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani 14 il həbsə məhkum edib

Rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsinin rəisi hakim İman Əfşar bu barədə qərar çıxarıb.

Azərbaycanlı fəallar keçən il Dünya Ana Dili Günü ərəfəsində Tehranda vərəqələr yayaraq Ana Dili Gününü bu önəmli günü təbrik etdikləri üçün yaxlanılıb və Evin zindanına salınmışdılar. Azərbaycanlı fəallar belə təqdirə layiq əməllərinə görə irqçi və antiinsani fars rejimi tərəfindən 14 il həbsə məhkum ediliblər.

Azərbaycanlı fəallar təbrikə görə şərlənərək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparma”da ittiham olunublar. Tohid Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə isə 1.5 il azadlıqdan məhrum edilib. Kiyanuş Aslani isə birinci ittihama görə 5 il həbs cəzasına məhkum olunub, o ikinci ittihamdan bəraət qazanıb. Beləliklə, Tohid Əmir Əmini 9 il, Kiyanuş Aslani isə 5 il və toplam olaraq 14 il həbs cəzasına məhkum ediliblər.

Həbsdən əlavə, hökmə əsasən Kiyanuş Aslaninin ictimai hüquqlarına məhdudiyyət qoyulub, o iki il müddətinə heç bir qrupa üzv ola bilməz.

Hakim İman Əfşar hökmü açıqlayarkən Kiyanuş Aslaniyə xitabən gülərək bildirmişdi ki, “Sizin barənizdə belə bir hökmün çıxarılacağını özüm də düşünməmişdim.”

Azərbaycanlı fəal mühəndis Kiyanuş Aslani Tehran Azad Universitetində inşaat mühəndisliyi üzrə magistr pilləsində təhsil alır. Tohid Əmir Əmini isə Güney Azərbaycanda xüsusi aktivliyi ilə seçilən milli-mədəni fəallardandır.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın