Cümə , Aprel 26 2024
azfa

Fars-molla rejimi koronavirusla mübarizəni həmin virusu ölkədə yayan terrorçu Sepaha tapşırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin koronavirusla mübarizəni həmin virusu ölkədə yayan terrorçu Sepaha tapşırması ziyalıları ciddi narahat edib.

Adının kütləvi qətllər, terror, qaçaqmalçılıq, dərman və sanitar ləvazimatlatdan ibarət xarici yardımları mənimsəyib xaricə satmaq və çoxsaylı cinayətlərdə hallanan Sepahın təkcə İranda deyil dünyada koronavirusun yayılmasında rolunun olması kimsəyə sirr olmadığı göz qabağındadır. Belə ki, terrorçu sepah qazanc üçün hələ də Çinə uçuşları dayandırmayıb və mollalarla birlikdə Qumda çinlilərlə birlikdə keçirdikləri konfransla dövlət səviyyəsində Qumda və oradan da bütün ölkədə koronavirusu yaydılar.

Koronavirusla mübarizənin belə cinayətkar və sanitar qaydalardan anlayışı olmayan terrorçu kütləsinə tapşırılması ziyalılar və onsuz da fəlakətə düçar əhalinin ciddi narahatlığına səbəb olub.

Qeyd edək ki, Sepahın və mollaların idarə etdiyi ölkədə artıq misli görünməmiş insan fəlakəti yaşanmaqdadı. Bitərəf beynəlxalq xarici təşkilatlar bildirirlər ki, İtan dövləti koronavirusdan ölənlərin sayının bir neçə yüz qat az elan etdiyini bildirirlər. Artıq rejimin Qumda, Gilanda, Tehranda və s. şəhərlərdə ölən minlərlə insanı kütləvi məzarlıqlarda basdırdığı peykdən də müşahidə edilib.

Həmçinin yoxlayın

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Bir cavab yazın