Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycanda “Azərbaycan türkcəsi” ixtisasına rəğbət artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda “Azərbaycan türkcəsi” ixtisasına rəğbət artıb. Bununla bağlı Təhsili Qiymətləndirmə Təşkilatının nəşr etdiyi ixtisas seçimi abuturyent jurnalında məlumat dərc edilib.

Jurnalda dərc edilən məlumata görə Təbriz Universitetində “Azərbaycan türkcəsi və ədəbiyyatı” ixtisasını seçənlərin sayının çox olması ilə bağlı  universitet sözügedən ixtisasa daha çox öyrənci qəbul etməyə qərar verib.

Qeyd edək ki, yalnız Təbriz Universitetində “Azərbaycan türkcəsi” ixtisasında qəbul var və digər Güney Azərbaycan universitetləri yalnız fars və ərəb dilləri ixtisaslarına öyrənci qəbul edir.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın