Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycanda rejimin yaxaladıqlarının çoxunun adı açıqlanmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda təxminən 100 nəfəri yaxalasa da onlardan yalız az hissəsinin adını açıqladı.

Etirazlar zamanı Zəncan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində nəzarət altına alınan təqribən 30 nəfərin adları məlum olub.

Lakin təkcə Şərqi Azərbaycanda 40, Zəncanda isə 30 nəfərin tutulmasıa etiraf edilib. Halbuki, digər Azərbaycan vilayətlərində də çoxsaylı azərbaycanlı həbs edilib. Lakin onların əksərinin adları açıqlanmayıb.

Siyahıya əsasən, Babək Hüseyni, Şahin Bərzgər, Davud Şiri, Əyyub Şiri, Ruzbeh Piri, Yaşar Piri, Fəraz Novruzi, Məhəmməd Mahmudi, Əkbər Mühaciri, Hüccət Muxtarzadə, Səccad Sıdqi, Əkbər Rasıxi, Qüdrətullah Yusufi və Əmir Tahir Təbrizdə, Salar Tahiri Afşar və Əli Əzizi Urmiyədə, Qəffar Rzaiyan, Məhəmməd Qəffari, Əkbər Ramazani, Məcid Fəxri, Əlirza Məhərrəmi, Həmid Dosti və Bəhram Cəfəri Zəncanda, Meysəm Colani, Mehrdad Şeyxi və Arəş Cavanşir Ərdəbildə, Siyamək Seyfi Meşkində, Tovhid Xadimi və Əhməd Abidi isə Qoşaçay şəhərində saxlanılıblar.

Tutulanların bəziləri təhlükəsizlik qurumlarının həbsxalarında bir neçə gün sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

Eyni zamanda rejim son günlər həbsləri davam etdirərək daha çox azərbaycanlını həbs edib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın