Cümə , Aprel 26 2024
azfa

Türkiyə Aralıq dənizində böyük üstünlüklər əldə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Yeni akit” qəzeti yazır ki, Türkiyənin Dolmabaxça sarayında bu ölkə ilə Liviya arasında imzalanan “Dəniz səlahiyyətlərinin məhdudlaşdırılması” razılaşmasının üstünlükləri açıqlanıb.

Nəşrin yazdığına görə, sözügedən razılaşma nəticəsində Türkiyənin qanuni sərhədləri elan edilib:

“Türkiyə Aralıq dənizindəki enerji mənbələrinin paylaşılması və Eksklüziv İqtisadi Zonanın məhdudlaşdırılması baxımından strateji önəm daşıyan Liviyada Xəlifə Haftar yerinə BMT-nin tanıdığı Fayiz əl-Sərrac rəhbərliyindəki Liviya Milli Hökumətini qanuni sayıb. Razılaşma BMT tərəfindən tanınan hökumətlə qəbul edildiyi üçün müzakirələri ortadan qaldırıb”.

Təhlildə razılaşmanın Türkiyə üçün əhəmiyyətli nüansları da təqdim edilib:

– Türkiyə bu razılaşma ilə Aralıq dənizinin qərbindəki qanuni sərhədlərini dünyaya elan edib.

– Türkiyə və Liviya arasında yaradılan dənizdə səlahiyyət xətti Yunanıstanın bölgədəki fəaliyyətlərinə qarşı bir divar çəkib.

– Sevilya xəritəsi ilə 41 min kvadrat km-lik əraziyə sıxışdırılan Türkiyənin sahəsi genişlənib.

– Müqavilə Yunanıstanın Cənubi Kipr və Misirlə Eksklüziv İqtisadi Zona barədə razılığa gəlməsinin qarşısını alıb.

– Müəyyən edilmiş ərazidə neft və təbii qaz axtarışı və qazıntının sənədləşdirilməsində söz sahibi ölkələr Türkiyə və Liviya olub.

– Krit adasından keçən xətt ilə Yunanıstanın bölgədəki söz haqqı ortadan qaldırılıb.

– Bu razılaşma ilə Türkiyə, eyni zamanda, ABŞ, Yunanıstan və Cənubi Kipr rəhbərliyinin “Yeni Sayks-Piko” (100 il bundan öncə imzalanmış Yaxın Şərqin sərhədlərini müəyyənləşdirən məxfi Sayks-Piko müqaviləsi) layihəsinə sədd çəkib.

Qeyd edək ki, sözügedən müqavilə ilə bağlı narahat olan Yunanıstan Liviya səfirinin XİN-ə dəvət edərək, sazişin surətini tələb edib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın