Cümə , Aprel 26 2024
azfa

Gürcüstanda gənclər işğalçı Ermənistanın səfirliyi qarşısında etiraz aksiyası keçirdilər –Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gürcüstanın paytaxtı Tiflisidə Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında bir qrup azərbaycanlı gənc səssiz etiraz aksiyası keçirib.

Həmçinin bir qrup gənc Gürcüstan-Azərbaycan sərhəddinə toplaşaraq, Tovuz istiqamətində gedən döyüşlərlə əlaqədar Azərbaycana dəstək aksiyası keçirir.

Aksiyada Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı son günlər həyata keçirdiyi hücum cəhdləri və təxribatlarına etiraz bildirilir.

İngilis dilində “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!” və “Dağlıq Qarabağın işğalına son!” yazılan köynəklər geyinən gənclər səfirliyin binası qarşısında 1 saat ərzində səssiz dayanıblar. Bununla onlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, mülki şəxsləri və yaşayış evlərini hədəfə almasına etiraz, şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutan aksiyaçıların üzündə “Stop COVID-19” və “Stop Armenia” yazılı maskalar da olub.

Aksiyanın təşəbbüsçüsü Adnan Hüseyn aksiyanın məqsədindən danışıb:

“Beynəlxalq ictimaiyyətdən Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını tələb edirik. Qəhrəmancasına həlak olmuş hərbçilərimizin qanını yerdə qoymayacağiq. Biz ön cəbhədə vuruşan əsgərlərimizin yanındayıq”.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın