Cümə , Aprel 26 2024
azfa

Həsən Raşidi: məktəblər üçün türk dili dərslikləri tərtib etməyə hazırıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tanınmış fəal və alim Həsən Raşidi Güney Azərbaycan məktəblərində türk dilinin tədrisi üçün dərsliklər tərtib etməyə hazır olduğunu bildirib.

O Güney Azərbaycan vilayətlərində türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlanılacağı haqda açıqlamalardan sonra bu barədə bəyanat yayıb.

Cənab Raşidi özünün Facebook səhifəsində yaydığı bir mətndə verilən açıqlamaları təhlil edib və dərslikləri hazırlamağa hazır olduğunu yazıb.

Cənab Raşidi yazıb: “Yeni dərs ilində türk dili dərslərinin sınaq şəklində tədrisi haqqında məsulların verdiyi açıqlamalar Azərbaycan ictimaiyyəti və bütün İran türkləri üçün önəmli xəbər oldu. Dərsliklərin məzmunu, həmçinin hansı siniflər və məktəblərdə tədris olunması hələlik məlum olmasa da, 40 ildən sonra konstitusiyanın 15-ci maddəsinin icrasına başlamağı müsbət addım kimi qiymətləndirmək lazımdır. Şübhəsiz ki, bu addım ağrıkəsiçi dərmanlar kimi müvəqqəti xarakter daşımamalı və konstitusiyanın 15 və 19, eləcə də 48-ci maddələrinin icrası istiqamətində təmiz niyyətlə atılmalıdır.

Azərbaycan Mədəni Dərnəklər Birliyi birinci dəfə 2001-ci ildə fəaliyyətə başladı və bir neçə mədəni qurumla türk dili və mədəniyyətinin inkişafı uğrunda əməkdaşlıq etdi. Lakin bir neçə il sonra müvəqqəti olaraq fəaliyyətini dayandırdı.

Azərbaycan Mədəni Dərnəklər Birliyi 2013-cü ildə yenidən fəaliyyətə başladı və o zaman prezident Həsən Ruhaninin elan etdiyi 15-ci maddənin icrası istiqamətində müəyyən addımlar ataraq Azərbaycan türkcəsinin tədrisi üçün dərsliklərin tərtib etməsinə hazır olduğunu açıqladı. Hətta bununla bağlı prezidentin xüsusi yardımçısı Əli Yunisi ilə müzakirələr də aparıldı. Lakin sonralar konstitusiyanın 15-ci maddəsinin icrasına qarşı yaradılan məlum maneələr müzakirələrin dayandırılmasına səbəb oldu.

İndi yeni dərs ilində Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində bir neçə məktəbdə türk dili dərsliklərinin sınaq şəklində tədrisi barədə açıqlama verilib. Azərbaycan Mədəni Dərnəkləri Birliyi universitetet və orta məktəb müəllimləri, yazıçılar, həmçinin türk və fars dillərində kitab müəllifi olan üzvlərindən yararlanaraq birinci sinifdən orta məktəbin sonuncu sinifi, hətta universitet üçün türk dili dərslikləri hazırlaya bilər. Şübhəsiz ki, Azərbaycan və ölkənin digər türk bölgələrinin məktəblərində tədris olmaq məqsədi ilə hazırlanan dərsliklər Təhsil Nazirliyi ilə koosdinasiyalı şəkilində tərtib ediləcək. Biz dərslikləri tədris edəcək müəllimlərə kurs keçməyə də hazır olduğumuzu elan edirik”.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın