Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Təbrizin Eynalı dağında Məlikanın üzüm və doşab festivalı keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanin Təbriz şəhərinin Eynalı dağüstü parkında Məlikanın üzüm və doşab festivalı keçirilib.

Festival barədə Məlikanın fərmandarı Məhəmməd Baqir Xani məlumat verib. O, Məlikan şəhərinin iqtisadi potensialının artdığını deyib.

Baqir Xani deyib: “Məlikan üzümünün keyfiyyətinə görə ölkədə birinci və istehsal baxımından 260 min ton məhsulu ilə üçüncü yeri tutmaqdadır. Ustan ən böyük üzüm və kişmiş mərkəzinə çevrilib. Həmçinin, ölkənin ən böyük ixracatçısı kimi tanınır. Məlikanın üzüm və doşabı bir çox Avropa ölkələrinə, eyni zamanda Avstraliyaya ixrac olunur. Şəhərin İranın doşab və üzüm paytaxtı kimi tanınmasında onun məhsullarının brendə çevrilməsi daxili və xarici bazarlarda təsirli olar. Zəhmətkeş əkinçilərimiz, şübhəsiz ki, bundan faydalanacaqlar”.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın