Şənbə , Aprel 27 2024
azfa

İran Ermənistana Azərbaycan ərazilərini daimi işğalda saxlaya bilməsi üçün yeni nəfəslik açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün gördüyü bütün işlərin təsirini sıfıra endirir. Bu istiqamətdə İran Ermənistana Azərbaycan ərazilərini daimi işğalda saxlaya bilməsi üçün yeni nəfəslik açır

İranın Şəhər İnkişafı və Yol nazirinin müavini Xeyrulla Hadami deyib ki, Ermənistan İran üçün çox vacibdir:

“Ermənistanda tranzit əhəmiyyətli şosse tikiləcək. Əgər Təbriz Ermənistanla birləşdirilsə, bu yol beynəlxalq tranzit dəhlizi olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, İrəvanla Tehran arasında Təbriz-Ermənistan şosesinin tikintisi barədə razılıq keçən il əldə edilib. Bu yolla Azərbaycanın işğalçı Ermənistanı təcrid etmə cəhdləri təsirsiz olacaq və Ermənistan yeni nəfəsliklə daha rahat inkişaf edib Azərbaycan ərazilərini işğalda saxlaya biləcək.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın