Cümə axşamı , Oktyabr 22 2026
azfa

Rejim məhkəmə zalından azərbaycanlı fəalı oğurlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi Ərdəbildə İnqilab Məhkəməsindən oğurlayıb. Fəal çağrılıdığı məhkəməyə getdikdən sonra yoxa çıxıb.

Fəalın yaxınları bildirirlər ki, Ərdəbil sakini olan fəal yanvarın 8-də saat 09:30-da hakim Mehdinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə gedib və məhkəmə prosesindən sonra yoxa çıxıb.

Azərbaycanlı fəalın ailəsi ondan nigarandırlar. Onlar aidiyyəti orqanlara Mehrdad Şeyxinin harada olması barədə məlumat əldə etmək üçün müraciət etsələr də, nəticə əldə edə bilməmişlər.

Azərbaycanlı fəalın məhkəmə zalından oğurlandığı ehtimal edilir.

Qeyd edək ki, Mehrdad Şeyxi 20 noyabr 2019-cu ildə Ərdəbildə atasının evində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və 11 gün rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlandıqdan sonra 3 milyon tümənlik mülki vəsiqə ilə zaminə buraxılmışdı.

Fəal şərlənərək “Sistem əleyhinə təbliğat”da ittiham edilib.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın