Şənbə , Aprel 27 2024
azfa

İranın Futbol Federasiyası irqçiliklə yenə Güney Azərbaycanın Traxtur komandasını cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Futbol Federasiyası irqçiliklə yenə Güney Azərbaycanın Traxtur komandasını cəzalandırıb. Bu məqsədlə rejimin Futbol Federasiyası İnzibati komitəsi Güney Azərbaycanın Traxtur komandasını baş məşqçisi Sakit İlhamini cəzalandırıb.

Rejim İlhamini 6 ay müddətinə məşqçilik fəaliyyətindən məhrum edib.

Həmin məhrumiyyət qərarının isə Güney Azərbaycan komandası ilə Tehranın İstiqlal komandası arasındakı müsabiqədə “baş verən hadisələr”lə əlaqədar olduğu iddia edilib.

Rejimin Futbol Federasiyası İnzibati komitəsi həmçinin Traxtur komandasının baş məşqçisini 50 milyon tümən cərimə edib.

Traxtur klubu bu ədalətsiz qərara etiraz edəcəyini bildirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın