Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejim ərəblərin ərazisində yüksək keyfiyyətli neft ehtiyatı aşkarladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ərəblərin yaşadığı ərazidə yüksək keyfiyyətli neft ehtiyatı aşkarladı.

Bu barədə rejimin neft naziri Bijən Namdar Zəngənə açıqlama verib. O deyib ki, Körfəzdəki Minu adasında aparılan qazma əməliyyatları nəticəsində yüksək keyfiyyətli neft aşkar olunub.

Abadan bölgəsində ilk dəfə neft aşkar edildiyini deyən nazir “qara qızıl”ın çox yüngül və az kükürdlü olduğunu bildirib. Kəşf edilən neftin həcminin təyin olunması üçün quyuda qazma işləri davam etdirilir.

Rejimin Neft Şirkətinə görə, ölkənin təxminən 155 milyard barrel xam neft ehtiyatı var.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın