Şənbə , Aprel 27 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Məhəmməd Xakpuru məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpuru Kəleybərdə yerləşən məhkəməyə çağırıb.

Çağırış vərəqəsinə əsasən Məhəmməd Xakpur iyunun 22-də rejimin Kəleybərdə yerləşən İnqilab Məhkəməsində olmalıdır.

Azərbaycanlı fəakl bundan öncə Ərdəbildə İnqilab Məhkəməsi tərəfindən çağırılmışdı. Lakin rejimin Ali Məhkəməsinin qərarı ilə “Sistem əleyhinə təbliğat aparmaq”da ittiham olunan fəalı rejimin Kəleybərdəki məhkəməsi mühakimə edəcək.

Qeyd edək ki, Məhəmməd Xakpur 2018-ci ildə iyulun 5-də Babək Qalası Qurultayı zamanı yaxalanaraq Əhər şəhərində 3 gün saxlandıqdan sonra zaminə buraxılıb. Fəal yaxalandığı müddətdə onunla birlikdə yaxalanan digər fəallar kimi təhlükəsizlik qüvvələri tərəfindən döyülərək işgəncələrə məruz qalmışdı.

Beynəlxalq Əfv Təşkilatı türk, fars və ingilis dillərində Babək Qalası Qurultayı və Savalan dağında yaxalanan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq tutulan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb etmişdi. Bəyanatda həmin mərasimlərdə 120 fəalın yaxalandığı bildirilmişdir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın