Şənbə , Aprel 27 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Müctəba Pərvini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvini avqustun 18-də mühakimə edib.

Azərbaycanlı fəal rejimin məhkəmənin elektron  sistemi vasitəsilə göndərilən çağırış əsasında özünü müdafiə etmək məqsədi ilə rejimin Ərdəbildə yerləşən məhkəməsinin 9-cu şöbəsinə müraciət edib.

Rejimin polis idarəsi tərəfindən dövlət maşınına xəsarət yetirmə maddəsi ilə şərlənən azərbaycanlı fəal həmin ittiham ilə mühakimə edilib. Azərbaycanlı fəal bundan əvvəlki məhkəmə proseslərində olduğu kimi, irəli sürülən yalan ittihamları rədd edərək məhkəmə prosesinin gedişatını qanunsuz olduğunu bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal bundan əvvəl rejimin Ərdəbildə yerləşən 2 nömrəli məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay həbsə məhkum edilib. Məhkəmə qərarında fəalın dövlət mülkiyyətinə ziyan vurma ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub.

Son məhkəmə iclasının də avtomobilə dəyən ziyanın miqdarının təyin edilməsi ilə bağlı keçirildiyi ehtimal olunur.

Rejimin Polis İdarəsi rejimin ETTELAAT İdarəsinin göstərişi ilə azərbaycanlı fəalı şərləmiş, üzə duranlar isə polis işçiləri olmuşlar. Fəal haqlı olaraq ittihamın və məhkəmə prosesinin qanunsuz və qurama olduğunu bildirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın