Şənbə , Oktyabr 24 2026
azfa

Etirazlardan sonra Qərbi Azərbaycanın parçalaması planı gündəmdən çıxarıldığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan əhalisi və millət vəkillərinin ciddi etirazından sonra Qərbi Azərbaycanın parçalanması planı hələlik gündəmdən çıxarıldığı bildirlir.

Qeyd edək ki, rejimin diktəsi ilə Xoydan məclisə deputat kimi göndərilən Tağı Kəbiri Qərbi Azərbaycanın parçalanması və mərkəzi Xoy şəhəri olmaqla “Sərhəd Azərbaycanı” vilayətinin yaradılması planı Azərbaycandan olmayan deputatların imzası ilə rejimin məclisinə təqdim edilib.

Bu məsələni rejimin məclisinin Rəyasət Heyətinin üzvü Əliəsğər Yusifnəjad avqustun 17-də öz çıxışında təklif layihəsinin parlamentə təqdim olunduğunu açıqlamışdır.

Bu isə azərbaycan əhalisinin, fəalların və hətta bəzi millət vəkillərinin etirazına səbəb olub.

Bunun ardınca avqustun 18-də təklif layihəsini təqdim edən Tağı Kəbirinin Qərbi Azərbaycan Deputatlar Birliyinin rəisi vəzifəsindən kənarlaşdırıdığı ilə bağlı xəbər yayıldı. Xoyun millət vəkili Deputatlar Birliyinə üzv millət vəkillərinin əksəriyyətinin səsi ilə tutduğu vəzifədən  uzaqlaşdırılıb, onun yerinə isə rejimin digər əlaltısı Salmasın millət vəkili Şəhruz Bərzgər seçilib.

Şəhruz Bərzgər mətbuata verdiyi açıqlamada Tağı Kəbirinin “Sərhəd Azərbaycanı” yaratmaqla bağlı təklif layihəsi hazırlayıb parlamentə təqdim etdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırıldığını deyib.

Bununla da Tağı Kəbirinin irqçi fars rejimin məclisinə Qərbi Azərbaycanın parçalanmasına dair layihəsinin gündəmdən çıxarıldığı bildirilir. Lakin Tağı Kəbirinin rejimin diktəsi ilə təxribat törətməsi ehtimalı KİV-də dolaşır.

Həmçinin yoxlayın

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Bir cavab yazın