Çərşənbə , May 8 2024
azfa

İrqçi fars rejim Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 2-ci şöbəsi türk fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyub. Qadağa qərarı çərşənbə günü məhkəmə tərəfindən göndərilən çağırış vərəqəsində qeyd olunub.

Həkimə Əhmədidən sentyabrın 23-də “izahat vermək üçün” məhkəməyə müraciət etməsi tələb edilib. Lakin, çağırış vərəqəsi eyni tarixdə fəalın əlinə çatıb.

Çağırış vərəqəsində yazılanlara görə, Təbriz Cinayət Məhkəməsinin 2-ci şöbəsi milli fəalı “ictima asayişi pozmaq” ittihamı ilə mühakimə edir.

Qeyd edək ki, Həkimə Əhmədi iyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə tutulub və təqribən üç həftə nəzarətdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Keçən iyul ayında Ermənistanın Azərbaycan ərazisinə hərbi təcavüzünü pisləmək məqsədilə Güney azərbaycan şəhərlərində etiraz aksiyası keçirilmişdi. Lakin İran rejimin ermənistanı dəstəkləməklə azərbaycanlı etirazçılara divan tutmuşdur.

Həmçinin yoxlayın

Azərbaycan Slovakiya ilə silah istehsal edəcək

GADTB: Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) bəzi …

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Bir cavab yazın