Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejim Traxturun qələbəsinə sevinən azərbaycanlı əsgəri yaxalayıb – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Traxtur futbol komandasının Tehranın İstiqlal komandasına qələbəsinə sevinən azərbaycanlı əsgər Yaşar Səfiyarini yaxalayıb.

Təbrizin hava limanında toplaşan və Traxtur komandası oyunçularının Məşhəddən gəlişini gözləyən Traxtur tərəfdarları Traxturun qələbəsini sevinclə qarşılayarkən həmin azərbaycanlı əsgər də tərəfdarlarla birlikdə şənlik edib. Lakin tərəfdarlar arasında həmin azərbaycanlı əsgərin rəqsə qatılması  və şənlik etməsi rejimi qəzəbləndirib və nəticədə onu yaxalayıblar.

Azərbaycan əsgər Yaşar Səfiyarinin haraya aparıldığı və bir müddət sonra sırbəst buraxıldığı bildirilir.

İrqçi fars rejim Traxturun qələbəsinə sevinən azərbaycanlı əsgəri yaxalayıb

Publicerat av Ali Huseyn Lördag 5 september 2020

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın