Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejimin körfəzdə neft tankerlərini partlatdığı faktlar açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ ordusu ötən həftə Oman körfəzində neft tankerlərinə qarşı təşkil edilən hücumun arxasında irqçi fars rejimin olduğu və iddiaya dair dəlillərin tapıldığını açıqlayıb.

ABŞ Hərbi-Dəniz Qüvvələri Mərkəzi Komandanlığının başçısı Sin Kido bölgədəki müttəfiqləri ilə birgə araşdırma apardıqlarını və sübutlar əldə etdiklərini bildirib.

“Kukuka Courageous” adlı tanker hədəf alan hücum “limpet” minası ilə gerçəkləşdirilib. Hücum nəticəsində tankerə dəyən zərər bunun hava vasitəsilə edilmədiyini göstərir. Minalar İran ordusunun hərbi paradlarda nümayiş etdirdiyi minalara bənzəyir. Minalar suyun altına yerləşdirilib”, – komandir deyib.

Qeyd edək ki, ABŞ ordusu daha əvvəl hadisənin görüntülərini yayımlamışdı. Tankerlərə hücumu İran İnqilab Keşikçilərinin həyata keçirdiyini iddia etmiş, ötən gün isə hadisənin başqa görüntülərini mediaya təqdim etmişdi.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın