Cümə , Aprel 26 2024
azfa

İşğalçı fars rejim Güney Azərbaycanda xanım sənətçiləri daha da məhdudlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin Təbrizdə yerləşən Əmakin adlanan Ümumi Məkanlara Nəzarət İdarəsi azərbaycanlı aktrisalara ər və ya atalarının icazəsi olmadan səhnəyə çıxmağı qadağan edib.

Azərbaycanlı yazıçı və rejissor Əli Purian öz İnstaqram səhifəsində bu barədə məlumat yayıb.

O yazıb: “Ümumi Məkanlara Nəzarət İdarəsi tamaşaların nümayişinə icazə verməsi üçün yeni şərt irəli sürüb. Qərara əsasən, aktrisaların səhnəyə çıxması üçün ər və ya atalarının yazılı şəkildə razılığı olmalıdır, əks halda onlar tamaşada rol ala bilməz”.

Bu qərara görə ötən cümə Təbrizdə qadın aşıqların konserti hökumət orqanları tərəfindən ləğv edilib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın