Cümə , Aprel 26 2024
azfa

İşğalçı fars rejim Qərbi Azərbaycanı kürdləşdirmək məqsədilə daha bir terrorçu kürdü vəzifəyə təyin etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim Qərbi Azərbaycan vilayətini kürdləşdirmək məqsədilə daha bir terrorçu kürdü həmin Azərbaycan vilayətində vəzifəyə təyin edib.

Məlumata görə qardaşı terrorçu komele təşkilatının üzvü olan Fəttah Hüseyni Qərbi Azərbaycanda Mədəniyyət və Sənət Müəssisəsi Cəmiyyətinə rəis təyin edilib.

İrqçi fars rejimi tərəfindən Qərbi Azərbaycana təyin edilən qeyri-yerli və kürd vali Şəhriyarı artıq rejimin xüsusi qayğısı ilə Qərbi Azərbaycanda qeyri-yerli kürdləri bir-bir vəzifəyə təyin edir. Bundan məqsəd isə Azərbaycanın böyük bir hissəsini kürdləşdirməkdir.

İrqçi fars rejimi bir tərəfdən Qəndillə əlaqəli olan terrorçuları Azərbaycanda vəzifəyə təyin edib, digər tərəfdən isə Azərbaycan mədəniyyətini təbliğ edən müəssisələri, o cümlədən Təbrizdə bu yaxınlarda Füzuli Ədəbi və Şeir Müəssisəsini də bağlamışdır.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın