Cümə , Aprel 26 2024
azfa

İsraili daim hədələyən irqçi fars rejim İsraildən BMT-yə gileylənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsraili daim hədələyən irqçi fars rejim İsraildən BMT-yə gileylənir. Rejim BMT-yə müraciət edərək İsrailin təhdid siyasətini qınamağını istəyib.

Bu barədə məlumatı irqçi rejimin İRİB televiziyası yayıb. Tehran BMT-yə yolladığı müraciətdə həmçinin Təl-Əvivin nüvə proqramının da nəzarət altına alınmasını istəyib.

Qeyd edək ki, BMT-yə müraciəti İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəisi Qulam Əli Xoşrou ünvanlayıb. Məktub BMT Baş katibi Antonio Quterreşə göndərilib.

Həmçinin yoxlayın

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Bir cavab yazın