Çərşənbə , Sentyabr 23 2026
azfa

İrqçi fars rejim kiçik və orta atom reaktorlarından istifadə etmək niyyətini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi sentyabrın 19-da jurnalistlərə açıqlamasında rejimin kiçik və orta atom reaktorlarından istifadə etmək niyyətini açıqladı.

O irqçi rejimin nüvə fəaliyyətindən və Ərak nüvə təsisatının fəaliyyəti ilə bağlı Çinlə birgə əməkdaşlıqdan danışıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanada keçirilən 62-ci konfransı zamanı çinli həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Salehi bildirib ki, İran böyük atom reaktorları əvəzinə kiçik və orta atom reaktorlardan istifadə etmək niyyətindədir: “Bizim böyük atom reaktorlar əvəzinə kiçik və orta reaktorlara üz tutmamğımızın səbəbi iqlim şəraiti ilə bağlıdır. Biz Ərakın reaktor təsisatının yenidən qurulması üçün Çinlə əməkdaşlığı müsbət qarşılayırıq. Hazırda isə bu sahədə aparılan bütün işlər müsbət istiqamətdə istiqamətdə edir”.

Qeyd edək ki, irqçi fars rejim ABŞ-ın rejimlə nüvə sazişindən çıxdıqdan sonra nüvə proqramına davam etmək istiqamətində Qərbi hədələməyə başlayıb.

 

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

Bir cavab yazın