Cümə , Aprel 26 2024
azfa

Molla rejimi ABŞ-la müzakirələr apardığına etiraf etdi

ADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin xarici işlər naziri Məhəmməd  Cavad Zərif ABŞ-ın Nyu Mexiko ştatının keçmiş valisi Bill Riçardsonla görüşdüyünü etiraf edib.

İranın rәsmi ‘‘İran’’ qәzetinә müsahibә verәn Xarici İşlәr Nazirliyinin sözçüsü Abbas Musәvi xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrifin bir neçә ay әvvәl  Amerika Birlәşmiş Ştatlarının Nyu Mexiko ştatının keçmiş valisi ilә ABŞ-da hәbsdә olan İran vә İranda hәbsdә olan ABŞ vәtәndaşlarının mәsәlәsini müzakirә etdiklәrini deyib.

Abbas Musәvi ABŞ vә onun müttәfiqi sayılan ölkәlәrdә hәbsdә olan İran vәtәndaşlarının azad edilmәlәri üçün göstәrilәn sәylәrin müsbәt qarşılandığını ifadә edib.

Qeyd edək ki, Xameneinin bir müddət əvvəl imam Həsənin sülhünü öyərək növbəti dəfə ABŞ-la danışıqlara yaşıl işıq yandırmasından sonra görüşlərin keçirildiyi bildirilir. İyunun 3-də ABŞ-da tutulan Siruş Əsgəri azad edilib. Bu addımdan sonra 683 gün İran həbsxanasında saxlanılan ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş nümayəndəsi Maykl Vayt azad edilib.

Məhəmməd Cavad Zərif razılaşmanın bəzi şəxslərə deyil, ABŞ-da və onun müttəfiqi sayılan ölkələrdə həbsdə olan bütün məhbuslara şamil olunacağını bildirib.

Bill Riçardson isə rәsmi internet sәhifәsindә verdiyi açıqlamada  məhbuslar məsələsini Zəriflə müzakirə etdiklərini deyib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın