Şənbə , May 11 2024
azfa

Molla rejiminin ekspertlərindən daha böyük etirazların olacağı barədə xəbərdarlıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin ölkədə yaratdığı dözülməz vəziyyətin sosial partlayışa yol açacağı barədə rejim ekspertləri də xəbərdarlıq etməyə başlayıb.

İranlı iqtisadçı Hüseyn Rağfər bildirib ki, İranda işçi böhranı həllini tapmasa, 2019-cu ilin noyabr ayı etirazlarından daha böyük etirazlar başlaya bilər.

O bildirib ki, xərclər 70 faiz artıb, lakin işçilərin əmək haqqı 30 faiz artırılıb. Bu isə ailənin xərclərini ödəmir.

Onun sözlərinə görə Ali Məşğulluq Şurasının işçilərin əmək haqqını 30 faiz artırması isə cəmiyyətdə ciddi uçurum yaradacaq.

O deyib ki, hakimiyyətin bu məntiqsiz qərarı 2019-cu ilin noyabr etirazlarından daha böyük etirazlara səbəb ola bilər.

Həmçinin yoxlayın

İlham Əliyevdən Ermənistana silah ixracı ilə bağlı Fransaya sərt xəbərdarlıq etdi

GADTB: Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik …

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …

Bir cavab yazın