Şənbə , Noyabr 16 2024
azfa

Nursultan Nazarbayevin xidmətləri üçün Astana Nursultan adlandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan parlamenti birinci oxunuşda paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.

Qazaxıstan paytaxtı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyacaq.

Qeyd edək ki, bu gün Qazaxıstan parlamenti palatalarının birgə iclası zamanı prezident Kasım-Jomart Tokayev ölkənin paytaxtına birinci prezident Nursultan Nazarbayevin adını vermyi təklif edib.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.

Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır.

Həmçinin yoxlayın

Avropa İttifaqı İranın gəmiçilik şirkətinə sanksiya qoyub

GADTB: Avropanın yeni sanksiyalarının layihəsi göstərir ki, bu qurum İranın Rusiya ilə hərbi əməkdaşlığı ilə …

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalı tibbi xidmətdən məhrum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  Tehranın Evin həbsxanasında həbsdə saxladığı …

Bir cavab yazın