GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tatar türkcəsi Orta Asiya və digər bir çox ölkənin Rusiya səfirlik və nümayəndəliklərində istifadə olunan önəmli ünsiyyət dili idi.
İindiki İrankimi tanınan ərazidən Hindistana qədər bir çox şərq dövlətləri ilə rəsmi yazışmalar Tatar türkcəsi ilə aparılırdı. 17-inci əsrdə Tatar türkcəsi, müasir dövrümüzdəki ingilis dili qədər, orta əsrdə Avropadakı Latın dilləri qədər beynəlxalq dil sayılırdı. Kazan Dövlət Universitetinin proffessoru, tarixçi alim Iskəndər Gilyazov yazırki; son vaxtlar təzyiq altına alınan, məktəblərdə qadağan edilən Tatar türkcəsi, 17-ci əsrdə Rus dövlətinin rəsmi diplomatik dili olmuşdur. Böyük Türkcü fikir ustadı Ə. Hüseynzadə “Türk Dilinin Vəzifəsi və Ədəbiyyəsi” əsərində yazır ki, Dünya üzrə Türk dilindən daha yayqın dil yoxdur və bu gün bu dilin sərhədləri; Mancuriyadan və Sibirin Uzaq Şərqindən axan Lena çayı sahilindən başlayıb Altay, Karakurum, Pamir, HindKuş, Qafqaz, Krım, Balkanların sonuna qədər genişlənməkdə, Ural Dağlarından Afrikanın Böyük Səhrasına qədər uzanmaqdadır. Yəni bütün əhatə dairəsi yüksək olan bir dildir.
Bu səbəbə görə Rus hökuməti rəsmi olaraq xarici diplomatiyada Tatar dilindən istifadə edirdi. Gilyazov yazır ki; bir zamanlar Tatar Dili beynəlxalq bir dil idi Rus Dövləti Şərqin bütün dövlətləri ilə diplomatik əlaqədə istifadə olunan yeganə dil Tatar dili idi. Rusiyanın saysız səfirliklərində istifadə olunan tək dil idi Tatar Dili. Misal üçün o dövrün Rus Çarı Aleksey, Hindistan, Iran, Orta Asiya və bir çox ölkələrlə diplomatik təmaslarını Tatar dili üzərində qurmuşdu. bu gün bu həqiqətlərdən təəssüf ki, bir çox insanlarımız xəbərsizdir.