Cümə , Avqust 28 2026
azfa

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato, İranın Güney Azərbaycanda insan haqları fəallarına qarşı zorakılığı və ətraf mühit problemləri ilə bağlı yeni hesabat yayıb.

Azərbaycan əyalətlərində insan haqları, ətraf mühit və mədəni fəallara qarşı təzyiqlərin artdığını qeyd edən May Sato, 8 azərbaycanlı fəalın özbaşına həbs edilərək Tehranın Evin həbsxanasına salınmalarını pisləyib.

BMT-nin yaydığı hesabatda deyilir: “Hökumətin yanlış idarəçiliyi nəticəsində yaranan ekoloji böhranlar, o cümlədən quraqlıq, çirklənmə və Urmiya gölünün quruması iqtisadi problemləri ağırlaşdırıb, azərbaycanlıların məcburi köçünü daha da sürətləndirib”.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi insan haqlarının vəziyyəti ilə bağlı yerindəcə araşdırma aparmaq üçün İrana səfər etmək üçün çoxlu müraciətlər etdiyini, ancaq bu müraciətlərin cavabsız qaldığını qeyd edib.

Gələn həftə BMT-nin İnsan Haqları Şurasının iclasında nəzərdən keçirilməsi planlaşdırılan bu hesabatda BMT beynəlxalq ictimaiyyətdən İranda vətəndaş və siyasi azadlıqların boğulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

İranda edamlarında sayının kəskin artdığı qeyd olunub və 2024-cü ildə 900 nəfərin edam edildiyi, bunun isə son 10 ildə ən yüksək göstərici olduğu bildirilib.

Həmçinin yoxlayın

Sentrkom: İran İslam Respublikasının dəniz mühasirəsi şəraitində 75 ticarət gəmisinin marşrutu dəyişdirilib; 3 gəmi fəaliyyətdən çıxarılıb, 2 gəmi yoxlanılıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı dəniz mühasirəsinin davam etdirildiyi bir vaxtda ABŞ …

Azərbaycan Xarici İşlər Nazirliyindən Rusiyaya sərt reaksiya

GADTB: 27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum …