Çərşənbə , Oktyabr 14 2026
azfa

Ermənistanın Azərbaycana ərazi iddiaları davam edir

GADTB: XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin və təşəbbüsünün müəllifi Azərbaycan Respublikasıdır. Bu, məhz Azərbaycan tərəfindən Ermənistana təqdim olunub. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər və digər əməllər yaddan çıxacaq faktlar deyil. Bütün bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir. “Prezident İlham Əliyev tərəfindən də vurğulandığı kimi, Ermənistanın konstitusiyasında dəyişməli olan məqamlar var. Məhz bu regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərdə, münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil və bu xüsusda bir sıra nümunələr mövcuddur”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …