Cümə , Aprel 26 2024
azfa

Ortaq türk əlifbasında 34 hərfin olması təklif edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, اazırda dünya türkoloqları ortaq türk əlifbasında 34 hərfin olmasını təklif edirlər.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açıqlama verib.

Onun sözlərinə görə, ortaq türk əlifbası bir dəfə hazırlanaraq qəbul edilib. 1992-ci ildə Türkiyədə keçirilən tədbirdə Azərbaycanın Təhsil naziri Firudin Cəlilov tərəfindən hazırlanmış latın qrafikalı əlifba bütün türkdilli dövlətlər üçün ortaq əlifba kimi qəbul olunub:

“Amma bu əlifba sonra tətbiq edilməyib. Həmin əlifbada ən çox Azərbaycan dilinin əlifbasındakı hərflər əsas götürülüb. Çünki Azərbaycan dilində 32 hərf var, digər türkdilli ölkələrdə isə hərflərin sayı azdır. Məsələn, Azərbaycan dilində olan “ə”, “x” hərfi və səsi o biri əlifbalarda yoxdur. İndi isə əlifbanın 34 hərfdən ibarət olması təklif edilir. Orada da qıpcaq qrupu dillərinin xüsusiyyəti nəzərə alınır. Əlifbada xüsusilə də “sağır nun” hərfinin olması təklif edilir. Özbəklər də, türkmənlər də “nq” səsini işlədirlər, yəni onlar “mənə” deyil, manqa deyirlər, bu “n”nın üstündə dalğalı çıql2a213ma veribişarə qoyulur. Klassik mətnlərdə də bu hərf var”.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın