Şənbə , Mart 28 2020
azfa

Rejim azərbaycanlı fəallar Şəhruz və Şahin Bərzgəri mühakimə etdi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəallar Şəhruz və Şahin Bərzgər qardaşlarında Təbrizdə mühakimə edib.

Azərbaycanlı fəalların məhkəmə prosesində fevralın 5-də baş tutsa da onların nədə ittiham edildiyi məlum deyil.

 Qeyd edək ki, azərbaycanlı fəallar Şəhruz və Şahin Bərzgər 2019-cu il oktyabrın 25-də mərhum mühəndis Əmaninin vəfatının ildönümü mərasimi zamanı, mərasimdən əvvəl öz evlərində rejimin Təbrizdəki ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanmışdır.

Şəhruz Bərzgər yaxalanarkən rejimin təhlükəsizlik qüvvələri tərəfindən döyülmüşdür.

Ümumilikdə həmin mərasimdə 8 azərbaycanlı milli-mədəni fəal yaxalanmışdır.

Rejim Şahin Bərzgəri məhkəmə iclasından sonra yenidən Təbrizdəki Mərkəzi Zindana salıb. O digər azərbaycanlı fəallarla birlikdə Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında təxminən 3 ay saxlandıqdan sonra zindana köçürülmüşdür.

Həmçinin yoxlayın

Çin Koronavirusuna yoluxmuş terrorçu PKK üzvləri terror əçəliyyatına hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin koronavirusu (COVİD-19) İran, İraq və Suriyada fəaliyyət …

Beynəlxalq Əfv Təşkilatı molla rejimini vicdan məhbuslarını azad etməyə səslədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı molla rejiminin zindanlarda koronavirusu yaydığı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir