Cümə , Aprel 26 2024
azfa

Rejim azərbaycanlı fəal Cəfər İsməilzadə və oğlunu 1 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi azərbaycanlı milli-mədəni fəal Cəfər İsməilzadə və oğlu Milad İsməilzadəni birlikdə 1 il həbs cəzasına məhkum edib.

Rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi Aşura “Sepah”ının təhlükəsizlik bölməsinin raportu azərbaycanlı fəalların hər birini 6 ay azadlıqdan məhrum edib.

Azərbaycanlı oğul və ata rejim tərəfindən şərlənərək “Bölücülüyü əks etdirən vərəqələr paylamaqla sistemin əleyhinə təbliğat aparmaq” və “Təbriz şəhərində kürd və erməni dillərində olan lövhələri yandırmaq”da ittiham edilmişlər.

Göründüyü kimi rejim azərbaycanlı fəallar erməni və kürd terrorçularına qarşı olduqlarına görə həbsə məhkum edib.

Onlar buna görə mayın 29-da Təbrizdə öz iş yerlərində terrorçu “Sepah”ın təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Onlar fəalın evində axtarış aparmış və ailəni təhdid edərək ev sahibinə aid ləptop, kitab və daha bir neçə şəxsi əşyanı özləri ilə götürmüşdür.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın