Cümə , Aprel 26 2024
azfa

Rejim azərbaycanlı öyrənci fəal Pərisa Rəfiini saxta ittihamlarla məhkəmə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqşi fars rejim Tehranın Evin zindanda həbsdə saxladığı azərbaycanlı öyrənci fəal Pərisa Rəfiini saxta ittihamlarla mühakimə edib.

Pərisa Rəfii sentyabrın 5-də ona qarşı irəli sürülən qurama ittihamla bağlı Evindəki Məhkəmənin 2-ci İstintaq şöbəsinə aparılıb və mühakimə iclası keçirilib.

Azərbaycanlı öyrənci fəalın vəkilinin məhkəmədə iştirakı olmayıb və keçirilən məhkəmə iclasının sonunda hakim Rəfii barəsində 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıb.

Bundan öncə Pərisa Rəfii avqustun 20-da Evin Məhkəməsinə aparılaraq “Sistemə qarşı təbliğat aparmaq”da günahlandırıldığı bildirilmişdi.

İrəli sürülən yeni ittiham Pərisa Rəfiinin 2019-cü ilin may ayında irqçi fars rejim tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktubla əlaqədardır. 

Azərbaycanlı tələbə bu məktubda siyasi fəallar, xüsusilə də qadınların İran zindanlarında saxlanıldığı acınacaqlı vəziyyətdən bəhs edərək məhkəmə məmurları tərəfindən bakirəlik testi və edam edilmə ilə təhdid edildiyini yazmışdı.

Qeyd edək ki, bundan əvvəl rejim azərbaycanlı fəalı şərləyərək, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq”, “Sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai asayişi pozmaq”da günahlandırılaraq 7 il həbs cəzası, eləcə də 74 şallaq zərbəsinə məhkum etmişdi. Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdir. Sonralar isə fəal barəsində çıxarılan həbs qərarları bir il həbs ilə əvəz edilib.

Güney Azərbaycanın Zəncan bölgəsindən olan öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə terrorçu Sepahın təhlükəsizlik bölməsinin məmurları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu bölməsinə aparılmışdı. Fəal, 23 gün təkadamlıq kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın