Şənbə , May 11 2024
azfa

Rejim azərbaycanlıların təhqir edilməsinə dözməyən Süleyman Kazimini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Süleyman Kazimini azərbaycanlıların təhqir edilməsinə dözmədiyi üçün 7 aylıq həbs cəzasına məhkum edib və dünən fəalı zindana saldı.

Azərbaycanlı fəalın həbs hökmü fevralın 3-də icra olunub və o Şərqi Azərbaycan vilayətinin Əhər şəhərinin zindana salınıb.

Qeyd edək ki, Kazimi 2015-ci il noyabrın 12-də rejimin televiziyasına azərbaycanlıların təhqir edilməsi istiqamətində yayılan “Fitilə” televiziya proqramına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün 6 nəfər azərbaycanlı  fəalla birlikdə Əhər şəhərində yaxalanmışdır.

Rejimin Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi 2018-ci ilin sentyabr ayında Süleyman Kazimi və onunla birlikdə saxlanılan fəallar barəsində birinci instansiya məhkəməsinin çıxardığı həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

Azərbaycanlıların təhqir olunmasına etiraz olaraq keçirilən etirazlarda rejim çox sayda azərbaycanlı fəalı yaxalamışdır.

Həmçinin yoxlayın

İlham Əliyevdən Ermənistana silah ixracı ilə bağlı Fransaya sərt xəbərdarlıq etdi

GADTB: Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik …

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …

Bir cavab yazın