Cümə , Aprel 26 2024
azfa

Rejim heç bir günahı olmayan Tohid Əmir Əmini və Kiyanuş Aslani 14 il həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim heç bir günahı olmayan azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani 14 il həbsə məhkum edib

Rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsinin rəisi hakim İman Əfşar bu barədə qərar çıxarıb.

Azərbaycanlı fəallar keçən DünyaAna Dili Günü ərəfəsində Tehranda trakt yayaraq Ana Dili Gününü bu önəmli günü təbrik etdikləri üçün yaxlanılıb və Evin zindanına salınmışdılar. İndi isə həmin azərbaycanlı fəallar belə təqdirə layiq əməllərinə görə irqçi və antiinsani fars rejimi tərəfindən 14 il həbsə məhkum ediliblər.

Azərbaycanlı fəallar təbrikə görə şərlənərək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparma”da ittiham olunublar. Tohid Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə isə 1.5 il azadlıqdan məhrum edilib. Kiyanuş Aslani isə birinci ittihama görə 5 il həbs cəzasına məhkum olunub, o ikinci ittihamdan bəraət qazanıb. Beləliklə, Tohid Əmir Əmini 9 il, Kiyanuş Aslani isə 5 il və toplam olaraq 14 il həbs cəzasına məhkum ediliblər.

Həbsdən əlavə, hökmə əsasən Kiyanuş Aslaninin ictimai hüquqlarına məhdudiyyət qoyulub, o iki il müddətinə heç bir qrupa üzv ola bilməz.

Hakim İman Əfşar hökmü açıqlayarkən Kiyanuş Aslaniyə xitabən gülərək bildirib ki, “sizin barənizdə belə bir hökmün çıxarılacağını özüm də düşünməmişdim.”

Azərbaycanlı fəal mühəndis Kiyanuş Aslani Tehran Azad Universitetində inşaat mühəndisliyi üzrə magistr pilləsində təhsil alır. Tohid Əmir Əmini isə Güney Azərbaycanda xüsusi aktivliyi ilə seçilən milli-mədəni fəallardandır.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın