Cümə , Aprel 26 2024
azfa

Rejim Sulduzda azərbaycanlı fəal Səccad Şəhirini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı milli-mədəni fəal Səccad Şəhirini yanvarın 16-da yaxaladı.

Azərbaycanlı fəal Sulduz şəhərində yaşadığı evin yaxınlığında rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri fəalın şəxsi avtomobilini saxlayıb, maşındakı sərnişini endirdikdən sonra fəalı yaxalayaraq naməlum istiqamətə aparıblar.

Hələlik azərbaycanlı fəalın nə səbəbə görə yaxalandığı və harada saxlandığı məlum deyil. Fəalın şəxsi avtomobilinin təhlükəsizlik orqanına aparıldığı bildirilir.

Səccad Şəhiri əvvəllər də milli-mədəni fəaliyyətləri ilə əlaqədar təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın