Cümə axşamı , Aprel 25 2024
azfa

İrandan çıxılmaz duruma düşmələrinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xamneinin və molla rejimin cinayətləri və yalanlarının üstü açılandan sonra rejimin rəsmisi İranın birinci vitse-prezidenti İsaq Cahangiri İranın 1979-cu ildəki inqilabdan bu yana ən çətin günlərini yaşadığına etiraf edib.

Cəhangiri rejimin sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatının ildönümü münasibətilə Tehranda təşkil olunan anım mərasimində çıxış edib.

Cahangiri bildirib ki, Ukrayna təyyarəsinin Tehranda vurulmasının xalqda yol açdığı etibarsızlığı kompensasiya etmək lazımdır: “Heç vaxt şərtlər bu qədər çətinləşməyib. Xalqın etibarının azaldığı bir dövrdəyik. Güvən hissini bərpa etmək üçün məsuliyyət daşımalı və xətaları düzəltməliyik. Bütün məsələlər doğru şəkildə xalqa çatdırılmalıdır. Prokurorluq məsuliyyət daşıyan hər kəs haqqında lazımi addımları atmalı və nəticələri ictimaiyyətlə bölüşməlidir”.

Qeyd edək ki, baş terrorçu Qasım Süleymaninin qətlindən sonra boş hədələr səsləndirib çıxılmaz vəziyyətdə olan Xamnei ABŞ-la razılaşdırılmış şəkildə iki bazaya raket zərbələri endirmə oyunu oynayır və həmin oyundan istifadə edərək Qasım Süleymaninin cangüdəni və çoxsayda sepah rəsmisini öldürmək məqsədilə Ukraynaya səfər getmək istəyən sərnişin təyyarəsini vurmuşdur. Lakin təyyarəni vurduqlarını danmış və dünya ictimaiyyətini aldatmışlar. Yalnız inkaredilməz fakt qarşısında qalandan sonra səhvən təyyarəni vurduqlarını etiraf etmişlər. İndi isə məlum olub ki, rejim həmin təyyarədən ölməsini istəməyən Xomeyninin nəvəsi və daha 3 nəfəri yerə yendirmiş və daha sonra uçuşa icazə vermişdir. Təyyarə göyə qalxan kimi onu iki raketlə vurmuşdur. Nəticədə 180 nəfər günahsız insan, çox sayda uşaq və tələbə Xamneinin yeni cinayətinin qurbanı olmuşdur.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın