Şənbə , May 11 2024
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Yunis Qulizadə həbsini çəkib azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Yunis Qulizadə həbsini çəkib azadlığa çıxıb. Koronavirus təhlükəsilə bağlı iyulun 23-də 30 gün müddətinə məzuniyyətdə olan azərbaycanlı milli-mədəni fəalın həbs müddəti bitib.

Avqustun 22-də Təbriz zindnına gedən fəalın məzuniyyət müddəti 9 gün daha uzadılıb və həbs müddətinin bitdiyi bildirilib.

Təbriz sakini olan milli fəal iyunun 1-də 3 aylıq həbs cəzasının icrası üçün Təbriz zindanına salınmışdı.

Qeyd edək ki, Yunis Quluzadə şərlənərək rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “Milli təhlükəsizliyi pozmaq” və “Sistem əleyhinə təbliğat aparmaq” ittihamları ilə 6 ay həbs cəzasına məhkum edilmişdir.

Fəal rejim Təbrizdəki Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbsə məhkum edilib.

Yunis Quluzadə 2019-ci il aprelin 24-də Təbrizdə rejimin ETTELAAT qüvvələri tərəfindən yaxalanmışdır. O bir gün sonra 50 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

İlham Əliyevdən Ermənistana silah ixracı ilə bağlı Fransaya sərt xəbərdarlıq etdi

GADTB: Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik …

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …

Bir cavab yazın