Çərşənbə , May 8 2024
azfa

Rejimin məhkəməsi azərbaycanlı fəal Salar Tahir Əfşarı nağd pul cəriməsilə cəzalandırdı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşarı nağd pulla cərimə etdi.

Azərbaycanlı fəal 2019-cu il mayın 18-də rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsində həbs cəzasını əvəz edən cəriməyə məhkum olunub. Qərara əsasən fəal 10 milyon rial məbləğində cərimə ödəməlidir. Hakim fəalın etirazını rədd edərək barəsində qəti qərar çıxarıb.

Qeyd edək ki, əslində həbs cəzasını əvəz edən cərimə qərarı bir müddət əvvəl rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsininm 1-ci şöbəsi tərəfindən çıxarılıb. Lakin qərar Urmiyada “Sepah”ının şikayəti əsasında rejimin Ali Məhkəməsinə göndərilmişdir. Bir neçə ay aradan sonra nəhayət ki, şənbə günü nağd cərimə haqda qəti qərar çıxarılıb.

Azərbaycanlı öyrənci və milli fəal 2018-ci il iyulun 7-də Azərbaycanın milli qəhrəmanı Babək Xürrəmdinin doğum gününün ildönümü münasibətilə şokolad payladığı üçün təhlükəsizlik qüvvələri tərəfindən Urmiyanın “Güllər bağı” parkında yaxalanıb. Azərbaycanlı fəal bu xeyr əməlinə görə işgəncə də edilib.

Həmçinin yoxlayın

Azərbaycan Slovakiya ilə silah istehsal edəcək

GADTB: Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) bəzi …

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Bir cavab yazın