Cümə , Aprel 26 2024
azfa

Rejimin məhkəməsi azərbaycanlı fəallar barədə qərar çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi azərbaycanlı fəallar Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri barədə qərar verdi.

Rejimin Sulduzda yerləşən İnqilab Məhkəməsi fəallara bir il həbs cəzasına məhkum edib və ilk dəfə məhkum olduqlarına görə 1 illik həbs cəzaları 20 günə endirib.

Onlar bu ilin 22 iyun tarixində rejimin təhlükəsizlik qüvvələri tərəfindən Urumiya və Sulduzda tutulublar və 25 gündən sonra girov vəsiqə qarşılığında zaminə buraxılıblar.

Mirmusa Ziya Gərgəri və Səccad Şəhirinin həbsi ilə bağı məhkəmə qərarı çərşənbə günü, 4 sentyabr 2019 tarixində onlara bildirilib.

Mirmusa Ziya Gərgəri və Səccad Şəhirinin ittihamlarına baxılması üçün məhkəmə iclası çərşənbə, 27 avqust 2019 tarixində Sulduz şəhər Cinayət Məhkəməsinin 103-cü şöbəsində keçirilib.

Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri bu ilin avqustda rəsmi bildirişlə məhkəməyə çağrılıblar.

Onlar Sulduz rayon təhlükəsizlik qüvvələri tərəfindən 22 iyun tarixdə həbs ediliblər və 16 iyul tarixdə 80 milyon tümən girov müqabilində təhqiqat başa çatanadək sərbəst buraxılıblar.

Qeyd edək ki, həbs edilmiş hər iki şəxs daha əvvəl də onlarla digər şəxslə birlikdə 6  iyul 2018 tarixində Babək qalası tədbirində saxlanılıb və daha sonra sərbəst buraxılıblar.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın