Cümə axşamı , Oktyabr 22 2026
azfa

Kürdlər Qaradağ meşələrini yandırdıqlarını etiraf etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana köçüb Azərbaycanla düşmənçilik edən kürdlər Qaradağ meşələrini yandırdıqlarını etiraf etdilər.

Bir il öncədən fəaliyyətə başlayan və “Kürdistan üçün müstəqillik” (SBK secretariat) Teleqram kanalı Güney Azərbaycanın Qaradağ bölgəsində geniş miqyaslı yanğının məsuliyyətini üzərinə götürüb. Kanal bildirib ki, “Kürdistan üçün müstəqillik hərəkatının könüllü üzvləri” Qaradağ meşələrini yandırıb.

Kürd kanalı yazıb: “Qaradağ meşlərini yandırmaq üçün xüsusi saatlı vasitədən (timer) istifadə olunub. Belə ki, timer şənbə günü meşədə quraşdırılıb, lakin bir gün sonra fəallaşıb və yanğına səbəb olub. Meşəni yandıran qrup üzvü hazırda sağ və səlamətdir”.

Radikal kürd qrupu həmçinin türkləri təhdid də edib bə bildirilib ki, “Sizə (türklər) zərbə vurmaq üçün bütün imkanlardan istifadə olunacaq.”

Qeyd edək ki, kürdlərin yandırdığı Qaradağ meşələrini söndürmək üçün isə irqçi fars rejim qətiyyən yardım etmədi və yanğınsöndürən helikopter də göndərilmədi. Nəticədə Güney Azərbaycanınm meşələri yanıb külə döndü.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın