Cümə , Aprel 26 2024
azfa

Rejimin yaxaladığı azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihi zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihi zaminə buraxılıb.

Vəkil 3 gün saxlandıqdan sonra oktyabrın 23-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan Məhəmmədrza Fəqihi oktyabrın 20-də yaxalanmışdır. O rejimin Ərdəbildə yerləşən prokurorunun müavini hakim Nonəhalın çağırışı əsasında prokurorluğa müraciət etdikdən sonra təcridxanaya aparılmışdır.

Vəkilə “Ərdəbil zindanında məhbus həyatı yaşayan Abbas Lisaniyə dosyesinin məzmununu açıqlarkən məhkəmənin gizli sənədlərini ifşa etmək” ittihamı üzrə saxlandığı bildirilib.

Azərbaycanlı vəkil yaxalandığı gün səhər saatlarında Ərdəbil zindanında Abbas Lisani ilə görüşüb. O fəalın barəsində çıxarılan ağır həbs qərarı ilə bağlı Ali Məhkəməyə şikayət etməyə hazırlaşdığı bir vaxtda yaxalanmışdır.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın