Cümə , Aprel 26 2024
azfa

Rejimin yaxaladığı azərbaycanlı fəallardan Şapur Nüsrətpur sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Ərdəbildə yaxaladığı azərbaycanlı fəallardan Şapur Nüsrətpur bu gün sərbəst buraxıldı.

Fəalın yaxınlarının bildirdiyinə görə, o heç bir vəsiqə girov qoymadan sərbəst buraxılıb.

Qeyd edək ki, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəallar fevralın 11-də Şapur Nüsrətpur və Murtaza Sənayini yaxalamışdı.

ETTELAAT məmurları fəalların evinə hücum edərək onları yaxalamışlar.

Şapur Nüsrətpur və Murtaza Sənayinin yaxınlarının sözlərinə görə, fəallar birinci Ərdəbilin İnqilab Məhkəməsinə aparılmış, onlar növbətçi hakimin qərarı ilə ETTELAAT İdarəsinin təcridxanasına köçürülmüşdülər. Hələlik azərbaycanlı fəal Murtaza Sənayinin taleyi barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın