Şənbə , Aprel 27 2024
azfa

Siyasi məhbus Məhəmməd Əbdülməhəmmədzadə koronavirus təhlükəsilə bağlı məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizidə Mərkəzi Zindana saldığı azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadə bir ay müddətində məzuniyyətə buraxılıb.

Məhəmməd Əbdülməhəmmədzadənin koronavirusun zindanda yaratdığı təhlükə üzündən girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Qeyd edək ki, Məhəmməd Əbdülməhəmmədzadə 2018-ci ilin oktyabr ayının 10-da ETTELAAT qüvvələri tərəfindən yaxalanmış, daha sonra məhkəməyə qədər girov qarşılığında zaminə buraxılmışdır.

Azərbaycanlı fəal 2018-ci ilin dekabr ayında rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən şərlənərək “İran rəhbərini təhqir” və “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 27 ay həbsə məhkum edilmişdir.

Keçən ilin fevral ayının 2-də isə rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi həmin məhkəmə qərarını qüvvədə saxlamışdır.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın