Çərşənbə , Oktyabr 21 2026
azfa

Hamid Qaraoğlani 3 həftədən sonra Urmiyada rejimin zindanına köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Hamid Qaraoğlani 20 gün saxlandıqdan sonran rejimin Urmiyadakı zindanına köçürülüb.

Qeyd edək ki, Azərbaycanlı fəalın iyun 27-də rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdı.

Rejimin məmurları həmin gün fəalı kamera quraşdırmaq bəhanəsi ilə guya işə çağırmış və yaxalamışdılar.

Eyni zamanda ETTELAAT İdarəsinin məmurları fəalın ailəsinə zəng edərək, onları ETTELAAT İdarəsinə
çağırıb və hədələyiblər ki, fəalın həbsi ilə bağklı mətbuata məlumat verilməsin. Əks təqdirdə fəalın anasını qətlə yetirəcəklər.

Rejim məmurları həmçinin fəalı şərləyib və ona qarşı saxta ittihamlar irəli sürməyə çalışıblar.

 

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın